20 Oktyabr

Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə rəsmi səfər edəcək.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan həmkarlarının dəvəti ilə 21-23 oktyabr 2025-ci il tarixlərində Küveyt, Qətər və Omana səfər edəcək.


Bildirilib ki, səfərlər zamanı adıçəkilən ölkələrlə ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylər müzakirə olunacaq.


Həmçinin, görüşlərdə beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələr aparılacaq, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məqsədilə bir sıra sazişlərin imzalanması planlaşdırılır.


Fidan Hacızadə
Sfera.az