Gəncədə piyadanı avtomobil vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.