18 Oktyabr

Tovuzda 70 yaşlı qadını avtomobil vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb. Belə ki, "Volksvagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan bildirilib ki, Z.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı araşdırma aparılır.