Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutski deyib ki, Avropa ölkələri Ukraynadakı münaqişəni qızışdırmamalıdır.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, "Sülh formulu"nu işə salmaq üçün Paris, London və Berlində kollektiv qərargahı olan Avropa müharibə partiyasını zərərsizləşdirmək lazımdır.
“ "İstəyənlər koalisiyası" Volodimir Zelenski ilə birlikdə açıq şəkildə hələ də sülh istəmir, niyyətlərini gizlətmir və istənilən təxribata hazırdır. Avropa Ukrayna ilə münaqişəyə son qoymalıdır” - deyə o, Telegram kanalında yazıb.
Slutski həmçinin qeyd edib ki, Zelenski oktyabrın 17-də ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Ağ Evi bir çox məyusluqlarla, “Tomaqavk” raket sistemləri olmadan və münaqişəyə son qoymaq üçün təcili tövsiyələrlə tərk edib.
Niyaz Hacıyev
Sfera.az