Müasir elmi araşdırmalar göstərir ki, insan beyni yuxu zamanı aktiv şəkildə işləyir və orqanizmdə çox vacib bir funksiyanı yerinə yetirir, özünü təmizləyir.
Sfera.az xəbər verir ki, alimlər sübut ediblər ki, yuxu zamanı beyindəki hüceyrələr bir qədər kiçilir və bu proses zamanı sinir sistemində yığılan zərərli toksinlər xaric edilir. Yəni bədən istirahət edərkən beyin sanki gündəlik zibillərdən azad olur. Alimlər bu mexanizmin beyində Altsheymer kimi yaddaş pozğunluqlarının qarşısını almaqda mühüm rol oynadığını da bildirirlər.
Yuxusuzluq isə əksinə, bu təmizlənmə prosesini pozur və sinir sisteminə mənfi təsir göstərir. Bu səbəbdən mütəxəssislər hər bir insana gündəlik ən azı 7 saat keyfiyyətli yuxu tövsiyə edirlər.
Niyaz Hacıyev
Sfera.az