Mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Adıçəkilən qanundakı dəyişikliyə əsasən moped idarə etmək üçün sürücülük vəsiqəsi də tələb olunacaq.
Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az