"Türkiyədə qəbul edilən qərara əsasən, artıq orada yaşayan türkdilli xalqlar əcnəbi sayılmayacaq. Bu, mühüm qərardır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat hesab edir ki, Azərbaycanda da bu məsələ üzərində düşünmək olar.
"Belə bir addım ölkəmizin demoqrafik vəziyyətinin yaxşılaşdırılması baxımından uğurlu ola bilər".
Firuzə Əliyeva
Sfera.az