16 Oktyabr

Səbuhinin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.

 

Sfera.az-ın məlumatına görə, 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.

 

Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, 4 ay imiş ki, həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.

 

Məlumata görə, cütlüyün 3 övladı var. (Qafqazinfo)