16 Oktyabr

Tramp icazə verdi - Venesuelada bu əməliyyatlar keçiriləcək

Donald Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada ölkə lideri Nikolas Maduroya qarşı apardığı kampaniya çərçivəsində gizli əməliyyatlar keçirməyə icazə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb.

 

Nəşr qeyd edir ki, MKİ Venesuela hökumətinə qarşı müstəqil və ya daha geniş hərbi əməliyyatla birlikdə əməliyyatlar həyata keçirə biləcək. Trampın verdiyi səlahiyyət agentliyə “öldürücü” də daxil olmaqla əməliyyatlar həyata keçirməyə imkan verəcək.

 

“The New York Times” vurğulayır ki, MKİ-nin hazırda Venesuelada hər hansı əməliyyat planlayıb-planlamaması məlum deyil.

 

Qeyd edək ki, oktyabrın 6-da “The New York Times” və “Reuters” qəzetləri Trampın Venesuela ilə münasibətləri normallaşdırmaq üçün bütün diplomatik səyləri dayandırmağı əmr etdiyini yazıb.

 

Firuzə Əliyeva
Sfera.az