13 Oktyabr

Ərdoğanın təyyarəsi Misirə çətinliklə enib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə ikinci cəhddən sonra Şarm əl-Şeyx şəhərinin hava limanına eniş edə bilib. 


Sfera.az xəbər verir ki, bazar ertəsi burada Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunan Sülh Sammiti keçiriləcək. 


Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.


Məlumata görə, Ərdoğanı daşıyan təyyarə hava limanının uçuş-enmə zolağını keçib və bir müddət Qırmızı dəniz üzərində dövrə vurduqdan sonra eniş edib. Hadisənin digər təfərrüatları açıqlanmayıb.


Ərdoğanı sammitin keçirildiyi məkanda Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.


Türkiyə lideri sammitdə iştirak edəcək və tədbir çərçivəsində bir sıra ölkə rəhbərləri ilə görüşlər keçirəcək.

 

Niyaz Hacıyev
Sfera.az