Filippin 24 saat ərzində iki güclü zəlzələ ilə sarsılıb. Səhər saatlarında baş verən 7,8 bal gücündəki zəlzələdən sonra, günorta radələrində 6,8 bal gücündə ikinci yeraltı təkan qeydə alınıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Filippin hökuməti dərhal sunami təhlükəsi barədə xəbərdarlıq edib və sahilboyu əhalini yüksək ərazilərə çəkilməyə çağırıb.
Rəsmi açıqlamada bildirilib: “Sahil bölgəsində yaşayan vətəndaşların adaların yüksək hissələrinə getməsi xahiş olunur”.
Bir neçə adadan ibarət olan Filippində sunami ciddi dağıdıcı təsir göstərə bilər. Hökumət bütün fövqəladə hallar xidmətlərini səfərbər edib. Hazırda zəlzələnin yaratdığı dağıntının həcmi məlum deyil. Ölən və ya yaralananlar barədə isə hələlik məlumat verilməyib.
Bəsti Rəfizadə
Sfera.az