10 Oktyabr

Daha bir azərbaycanlı müharibədə həlak oldu - FOTO

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

 

Sfera.az qafqazinfo-ya istinadla xəbər verir ki, 1983-cü il təvəllüdlü Raul Fərhad oğlu Mehtiyev Rusiyanın endirdiyi zərbələr nəticəsində ölüb.

 

Onun meyiti Rusiya Federasiyasının Surqut şəhərindəki morqa aparılıb.

 

Hazırda Rusiyada yaşayan azərbaycanlılar R.Mehtiyevin ailəsini və ya yaxınlarının tapmağa çalışır.