10 Oktyabr

Gəncədə küçədə 62 yaşlı kişinin meyiti TAPILDI

Gəncədə küçədə kişi meyiti tapılıb.

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə, Gülüstan qəsəbəsində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.