07 Oktyabr

Ərdoğan: “Türk dünyası Kiprdəki türk qardaşlarını tək buraxmır”

“Hörmətli Ersin Tatarın Ankara, Şuşa və Bişkekdən sonra indi də Qəbələdə aramızda olmasından məmnunluğumu vurğulamaq istəyirəm”.

 

Sfera.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşündə deyib.
 

“İki dövlətli ədalətli həll yolunda Türk dünyasının Kiprdəki türk qardaşlarını tək buraxmadığını məmnunluqla müşahidə edirəm.” – deyə o qeyd edib.