06 Oktyabr

2026-cı ilin dəb rəngləri - Üç rəng ön planda olacaq

Dünya moda analitikləri 2026-cı ilin geyim trendləri ilə bağlı araşdırmalarını təqdim ediblər. 

 

Sfera.az xəbər verir ki, gələn ilin əsas dəb istiqaməti sakitlik, ekoloji harmoniya və texnoloji estetikaya söykənəcək. 

 

Ən çox seçilən tonlardan biri mavi və yaşılın qarışığından yaranan rəng - “2026-cı ilin rəngi” elan edilib. Bu ton geyimlərə sakit, lakin güclü enerji qatır.


Digər diqqətçəkən rənglər arasında parlaq çəhrayı-bənövşəyi, mavi, qızılı-sarı ton və açıq yaşıl yer alır.  Modada 2026-cı ildə torpaq və təbiət ilhamlı yaşıl tonlar, eləcə də tozlu pastel rənglər də geniş istifadə ediləcək. Bununla yanaşı, ultramarin (dərin göy), sərin mavi, boz-yaşıl kimi tonlar həm qadın, həm kişi geyim kolleksiyalarında ön planda olacaq.


Həmçinin gələn il neytral və sakit tonlarla parlaq rənglərin harmoniyası dəb olacaq. Parlaq tonları geyimdə vurğu elementi kimi istifadə etmək tövsiyə olunur. Neytral əsas (bej, ağ, boz) üzərində mavi-yaşıl və ya qızılı-sarı tonları ilə kombinlər 2026-cı ilin ruhuna uyğun sayılır.


Yaz-yay mövsümündə pastel və yaşıl-mavi tonları, payız-qışda isə isti torpaq çalarları üstünlük təşkil edəcək.


Fidan Hacızadə
Sfera.az