Bakı Dövlət Sirki iki ildən sonra ilk dəfə böyük tamaşa ilə geri qayıdır.
Sfera.az xəbər verir ki, Avropanın ən iri şapito sirki 24 oktyabr 2025-ci il tarixindən etibarən tamaşaçılarının ixtiyarına veriləcək.
Bu tamaşa ilə Bakı Dövlət Sirki iki ildən sonra ilk dəfə böyük miqyaslı proqramla tamaşaçıların görüşünə qayıtmış olacaq.
Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş peşəkar artistlərin iştirakı ilə zəngin və rəngarəng çıxışlar təqdim ediləcək. Tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik edəcəklər.
Şou tamaşanın məkanı Səbail rayonu, Su İdman Sarayının yanında, Akademik Ə. Yaqubov küçəsi 15-də olacaq.
Tamaşanın başlanma tarixi 2025-ci oktyanrın 24-dür. Biletlər isə İticket.az saytında satışdadır.
Bakı Dövlət Sirki bütün paytaxt sakinlərini və şəhərin qonaqlarını ailə üzvləri və dostları ilə birlikdə bu möhtəşəm şouya qoşulmağa dəvət edir.
Ayxan