“Həmişə sağlam həyat tərzi sürən, özünə diqqət edən bir insan olub. Heç bir səhhət problemi yox idi”.
Sfera.az xəbər verir ki, bu fikirləri aparıcı Hacı Nuran Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Cabir İmanovla sonuncu dəfə dostları Emil Abbasovun oğlunun toy mərasimində görüşüblər:
“Sözlər bu acını ifadə etməkdə kifayətsizdir. Allah ailəsinə və yaxınlarına səbr versin”.
