30 Sentyabr

ABŞ hökuməti fəaliyyətini dayandıra bilər - SƏBƏB

ABŞ hökuməti fikir ayrılıqları səbəbindən bağlanmağa doğru gedir.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens 29 sentyabrda Prezident Donald Trampla Ağ evdə keçirilən görüşdən sonra bildirib. 


“Düşünürəm ki, biz bağlanmağa doğru gedirik, çünki demokratlar düzgün addım atmaq istəmirlər. Ümid edirəm ki, onlar fikirlərini dəyişəcəklər, amma gözləyib görəcəyik”, – deyə Vens vurğulayıb.


Bununla yanaşı, vitse-prezident etiraf edib ki, demokratların bəzi təkliflərini məqbul hesab edir. O həmçinin əmin edib ki, hökumətin maliyyələşdirilməsinin dayandırılması halında belə, administrasiya əsas xidmətlərin fəaliyyətini təmin etməyə çalışacaq.

 

Niyaz Hacıyev
Sfera.az