27 Sentyabr

Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, Əli Nağıyev və Orxan Sultanov xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.