25 phrase_var_core.september

"Bu, Avropa Birliyinə siqnal olmalıdır" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiyanın Qara dəniz liman şəhəri Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun ofisinə pilotsuz təyyarə ilə hücumunu Avropa Birliyinə siqnal kimi qiymətləndirib.


Sfera.az bu barədə Rusiya mətbuatına istinadla bildirir.

 

“Kiyev rejimi mülki infrastruktura, enerji istehsalı obyektlərinə, hava limanlarına zərbələr endirir. Bu, Aİ-yə bir siqnaldır. Bankovayanın (-red. Ukrayna prezident administrasiyasının yerləşdiyi küçənin adı) bu dəfə öz aerodromlarını, neft anbarlarını, qaz kəmərlərini hədəfə alaraq getdikcə daha çox terror bacarıqlarını cilalamağa başlaması onlar üçün təəccüblü olmamalıdır".

 

Xatırladaq ki, dünən Novorossiysk Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Pilotsuz təyyarələr şəhərin mərkəzi hissəsinə Novorossiysk mehmanxanasının yaxınlığında zərbələr endirib. Son məlumatlara görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb. İyirmi avtomobilə, yeddi yaşayış binasına, o cümlədən çoxmərtəbəli binalara və otelə ziyan dəyib. Novorossiyskdə fövqəladə vəziyyət elan edilib.

 

Firuzə Əliyeva
Sfera.az