Alyans Rusiyanın öz hava məkanında təhlükəli hərəkətlərini davam etdirməsini istəmir.
Sfera.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte bəyan edib.
O, bu fikri Estoniyanın tələbi ilə NATO Müqaviləsinin 4-cü maddəsinə əsasən çağırılan Şimali Atlantika Şurasının iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında səsləndirib.
“Biz Rusiyanın qəsdən bu təhlükəli hərəkətlərini davam etdirməsini istəmirik. Müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə davam etməyə hazırıq”, – Rutte bildirib.
Fidan Hacızadə
Sfera.az