22 phrase_var_core.september

ABŞ bu vizanı 100 min dollara verəcək

ABŞ Prezidenti Donald Tramp H-1B vizası üçün işəgötürənlərdən tələb olunan müraciət rüsumunu 100 000 dollara qaldırıb. 

 

Sfera.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəyişiklik yalnız yeni müraciətlərə şamil ediləcək, mövcud vizası olanlara və yeniləmələrə təsir etməyəcək. 
Bu qərarın əsas məqsədlərindən biri Çindən və Hindistandan gələn yüksək ixtisaslı işçilərin sayını məhdudlaşdırmaqdır. Belə ki, bu iki ölkə H-1B vizalarının ən böyük istifadəçiləridirlər. 


Hindistanın Xarici İşlər Nazirliyi bildirib ki, bu qərar ailələr üçün humanitar çətinliklər yarada bilər və ABŞ-Hindistan əlaqələrinə təsiri ola bilər.

 

Firuzə Əliyeva
Sfera.az