19 Sentyabr

2025-ci ilin ən gəlirli müstəqil filmi oldu

Rejissor Selin Sonun “Materialist” filmi 2025-ci ilin ilk müstəqil layihəsi olaraq dünya üzrə 100 milyon dollarlıq gəlir həddini keçib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

 

"A24" studiyası tərəfindən istehsal olunan film ABŞ-də 36,5 milyon, beynəlxalq bazarda isə 64,8 milyon dollar gəlir əldə edib. Layihənin büdcəsi 20 milyon dollar təşkil edib.

 

Ekran işində baş rolları Dakota Conson və Pedro Paskal canlandırıb.

 

Qeyd edək ki, “Materialist”, “Hər şey, hər yerdə və eyni anda” və “İmperiyanın süqutu” filmlərindən sonra "A24" studiyasının 100 milyon dollardan çox gəlir gətirən üçüncü layihəsidir. Bu, Selin Sonun ikinci böyük uğurudur. Onun debüt filmi “Keçmiş Həyatlar” 42 milyon dollar gəlir əldə etmiş və iki “Oskar” nominasiyası qazanmışdı.