19 Sentyabr

Krım üzərində dörd Ukrayna PUA-sı vurulub

Gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Krım ərazisi üzərində dörd Ukrayna pilotsuz uçuş aparatını məhv edib.

 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 


“Keçən gecə döyüş növbətçiliyində olan hava hücumundan müdafiə vasitələri Krım Respublikasının ərazisi üzərində Ukraynaya məxsus dörd ədəd təyyarə tipli pilotsuz uçuş aparatını aşkar edərək məhv edib”, - deyə məlumatda qeyd olunub.

 

Niyaz Hacıyev 
Sfera.az