Danimarka dövlət televiziyası DR İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakını boykot etməyəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, DR tərəfindən verilən açıqlamada bildirilir ki, müsabiqədə iştirak etmək və ya etməmək qərarı iştirakçı ölkələrin öz seçimidir və Danimarka bu məsələdə heç bir boykot siyasəti yürütmür.
Qeyd edək ki, bir sıra ölkələr İsrailin iştirakına qarşı mövqelərini açıqlamış, bunun nəticəsində 2026-cı il müsabiqəsində iştirak məsələsi mediada geniş müzakirə olunmuşdu. Lakin Danimarka bu qərarı ilə müsabiqənin neytral və inkluziv ruhuna sadiq qalacağını nümayiş etdirib.
Niyaz Hacıyev
Sfera.az
