04 Sentyabr

Maşın körpüdən aşdı: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.

 

Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.