03 Sentyabr

Ramil Şeydayev Türkiyə klubuna KEÇƏ BİLƏR

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayevin xidmətində Türkiyə klubu maraqlıdır.

 

Sfera.az xəbər verir ki, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir.

 

Hətta Türkiyə 1-ci liqasında yarışan klubun baş məşqçisi Sergey Yuranın Şeydayevin keçidinə müsbət yanaşdığı bildirilir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.