26 Avqust

"Hyundai" AŞDI - ölən və yaralanan var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb.

 

Hərəkətdə olan "Hyundai İX35" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Aynur Həsənova hadisə yerində dünyasını dəyişib.

 

Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fuad Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.