23 Avqust

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq.

 

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.