12 Avqust

İndoneziyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. 


Sfera.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yeraltı təkanların episentri Abepura bölgəsindən 193 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.


Hadisə nəticəsində indiyədək can və ya mal itkisi barədə məlumat verilməyib. Zəlzələdən sonra bölgə üçün sunami xəbərdarlığı edilib.


Bəsti Rəfizadə
Sfera.az