13 İyun

İsrail 200-dən çox qırıcı təyyarədən istifadə edib

İsrail İrana qarşı əməliyyatlarda 200-dən çox təyyarədən istifadə edib. Bu qədər təyyarədən 330-dan çox raket zərbəsi endirilib. 

 

Sfera.az xəbər verir ki bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə İranın yüksək rütbəli hərbi komandirlərinin iqamətgahları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.

 

“İndi biz təsdiq edə bilərik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı və İranın Fövqəladə Hallar Komandanlığı İsrailin 200-dən çox döyüş təyyarəsi ilə İran ərazisinə endirdiyi zərbələr nəticəsində məhv edilib”, - məlumatda qeyd edilib.