11 phrase_var_core.june

Türk Dövlətləri Təşkilatının Zirvə görüşü nə vaxt olacaq?

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömər Kocaman məlumat verib.

 

Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrın 6-7-də Bakıda keçiriləcək.

 

Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.