BİZNES

10 Noyabr

Bakı Fond Birjasında əməliyyatların ümumi həcmi 20%-ə yaxın azalıb

2022-ci ilin 10 ayı ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 465 miylon 954 min manat təşkil edib.

Ötən ilin eyni dövründə Birjada qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 39 milyon 909 min manat təşkil etmişdi. Beləliklə, əməliyyatların ümumi həcm 19,7% azalıb.

Birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 137 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 696 % artım müşahidə olunub.

2022-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 191 milyon 445 min