BİZNES

31 phrase_var_core.october

Azərbaycan və Avropa iş adamları arasında əməkdaşlıq müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Avropa Biznes Assosiasiyasının (AEB) baş direktoru Tadjio Şillinq arasında görüş keçirilib.

"Fins.az" xəbər verir ki, görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri barədə məlumat verilib, qurumlar arasında əməkdaşlıq imkanları, Azərbaycana biznes missiyaların, iş adamları arasında işgüzar görüşlərin təşkili barədə fikir mübadiləsi aparılıb.