21 Yanvar

Gəncədə 78 yaşlı kişini it dişlədi

Gəncədə sahibsiz itlər 78 yaşlı kişiyə hücum edib.

 

Sfera.az  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1947-ci il təvəllüdlü Z.Abbasov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.