Azərbaycanda manatın məzənnəsinin aşağı salınması və xarici xidmətlərin bahalaşması nəticəsində Azərbaycan vətəndaşları istirahət planlarına dəyişiklik etməyə başlayıblar. Turizm şirkətlərindən Fins.az-a verilən məlumata görə, artıq qarşıdan gələn Novruz Bayramı ilə bağlı istirahət və səyahət sifarişləri azalmağa başlayıb. Paralel olaraq müştərilər daha ucuz turlara üstünlük veririlər.
Novruz Biznesinə hotellər də qoşulur
Novruz Bayramı ilə əlaqədar istirahət günlərinin çox olması əhaliyə istirahətlə bağlı daha geniş planlar qurmağa imkanı verib. Turizm şirkətləri də təkliflərini bu müddətlərə uyğunlaşdırıblar. «Regea Turizm» şirkətindən verilən məlumata görə, hazırda ölkə vətəndaşlarına Novruz Bayramını qeyd etmək üçün ən müxtəlif varinatlar təklif edilir. Bura xarici ölkələrə səyahət, ölkənin regionlarında istirahət və s. aiddir.
Türkiyə və Dubay öndədir
Ənənəvi olaraq xarici Novruz Turlarında Dubay vı Türkiyə öndədir. İstarahətə gedənlərin əksəriyyəti bu istiqamətə üz tutur. Məsələn, cəmi 640 manata Misirin Şarm-əl Şeyx kurortundakı 5 ulduzlu hoteldə 7 gecə 8 gün istirahət etmək mümkündür. Bu qiymətə aviabilet, transfer, sigorta, gündə 3 dəfə qidalanma , viza və s. aiddir.
Sinqapurda Novruz şənliyi
Bəziləri isə Novruz günlərindən sadəcə səyahətç çıxmaq üün yararlanırlar. Nəticədə bəzi səyahət təklifləri isə ümumiyyətlə Novruzla bağlı deyil. Belə ki, novruz səyahəti adı ilə Sinqapura, Malayziyaya, Cənubi Koreyaya və s. səfər etmək olar. Belə turların qiyməti 800-900 manatdan başlayır.
Hoteldə Novruz axşamı
Hətta adətən bu məsələdə passivliyi ilə seçilən ayrı-ayrı hotellər də Novruzdan faydalanmaq üçün istirahət paketləri təklif edirlər. Məsələn, «Şamaxı Palace Platinum by Rixos» hoteli 1399 azn-ə 3 gecelik ailevi Novruz tətili paketi təklif edir. Paketə 3 gecə dəbdəbəli qonaqlama, «White Diamond» Restoranında günlük olaraq səhər və şam yeməyi, 21-22 mart tarixində canlı konsert, uşaq əyləncə proqramları, SPA və fitnesdən istifadə daxildir. 6 yaşadək 2 uşağın qalması ödənişsizdir.
Səyahətə gedənlər azalır
Amma təkliflərin çox olması səyahətçilərin sayını artırmayıb. Əksinə, Fins.az-ın məlumatına görə manatın ucuzlaşması ilə əlaqədar xaricdə tətil etmək istəyən vətəndaşların sayında azalma var. Belə ki, qiymət artımı ilə əlaqədar olaraq ötən illərə nisbətən tətilini xaricdə keçirtmək istəyənlərin sayında azalma mövcuddur.
Dəyişiklik təkcə bununla bağlı deyil. Qiymətlərin artımı müştərilərin seçiminə də təsr edib- insanlar nisbətən ucuz variantlara üz tuturlar. Regea Traveldə bildirilir ki, məsələn, əvvəllər xaricə səyahət edənlər 4 ulduzlu otellərə üstünlük verirdilərsə, 3 ulduzlu otellərə tələbat artıb: «Çunki indiki qiymət artımı ilə 3 və 4 ulduzlu otellərin arasında 200-300 dollar fərq olur».