Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Sfera.az bu barədə report-a istinadən xəbər verir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlanıldığı bildirilir.
