30 İyul

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

İyulun 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 74 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

 

Firuzə Əliyeva