Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderləri Astanada keçirilən sammit zamanı Belarus Respublikasını üzvlüyə qəbul ediblər.
Sfera.az bildirir ki, ŞƏT liderləri Belarusu təşkilata qəbul edən sənədləri imzalayıblar. Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə bildirib ki, respublika qısa müddətdə təşkilatda iştirak üçün lazım olan bütün prosedurları başa çatdırıb.
Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. İlkin tərkibə altı ölkə daxil idi: Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan. Sonrakı illərdə təşkilata Hindistan və Pakistan (2017-ci ildə), eləcə də İran (2023-cü ildə) qoşulub.
Günay