08 Yanvar

Dəhşətli qəza: "Qazel"lə "Kamaz" toqquşdu - 7 nəfər ölüb

Rusiyanın Stavropol diyarının Predqornı bələdiyyə rayonunda mikroavtobusla “Kamaz” toqquşub.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli yol polis idarəsinin Telegram kanalı məlumat yayıb.

 

"Qazel" və "Kamaz"ın toqquşması nəticəsində mikroavtobusun 6 sərnişini və onu idarə edən şəxs ölüb, daha 3 nəfər xəsarət alıb.

 

İlkin məlumatlara görə, “Qazel”in sürücüsü “sola dönmə manevri edərkən əks istiqamətdən birbaşa hərəkətdə olan “KAMAZ”la toqquşmaya şərait yaradıb”.

 

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.