04 Yanvar

Azərbaycanlı model çıxılmaz vəziyyətdə: “Bədənim ağrılara tab gətirmir” - FOTO

“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılardan əziyyət çəkir.

 

Sfera.az xəbər verir ki, bu barədə model sosial şəbəkə hesabında paylaşım edib.

 

“Mən sağalmaq istəyirəm, keyidilmək deyil” , - deyə imdad diləyən Səmra onu sevənləri kədərləndirib:

 

“Artıq məcbur qaldım çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrılarım var. Oynaqlarım göynəyir. Ancaq antidepresantlar içirəm keyidilirəm. Amma sağalmıram. Bədənim ağrılara tab gətirmir”.