"Barselona" Çempionlar Liqasından qovula bilər.
Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, klubun maliyyə qaydalarını pozduğu üçün ÇL-dən kənarlaşdırılması gündəmdədir.
UEFA son qərarını fevral ayında verəcək.
Qeyd edək ki, PSJ və "Mançester Siti" də daxil olmaqla 9 klub UEFA-nın nəzarəti altındadır.
"Barselona" maliyyə problemlərinə görə Avropa Super Liqasına qoşulmaq qərarı verib.
