16 Dekabr

Göyçay polisi əməliyyat keçirdi - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Məlumata görə, əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

 

Bizi Telegram-da izləyin