13 Noyabr

“Qumbara” Tərlan evləndi - FOTO

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə “Qumbara” ləqəbi qazanan Tərlan Həsənovun noyabrın 12-də toyu olub.

 

Sfera.az xəbər verir ki, məclisdə çox sayda qazi, Vətən müharibəsi iştirakçıları, eləcə də millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məclisə qatılanlar gənclərə xeyir-dua verib, Tərlanın qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs ediblər.

 

Qeyd edək ki, Tərlan Həsənov döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atmış və möcüzə nəticəsində özü də sağ qalmışdı.