29 Avqust

İmran Xan girov müqabilində AZADLIĞA BURAXILDI

İslamabad Ali Məhkəməsi həbs cəzasına məhkum edilmiş "Təhrik-i-İnsaf" müxalifət partiyasının lideri, Pakistanın keçmiş Baş naziri İmran Xanın girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb .

 

"Çərşənbə axşamı İslamabadın Ali Məhkəməsi "Təhrik-i-İnsaf" partiyasının sədri İmran Xanın Toşaxana (dövlət xəzinədarlığı - red.) işi üzrə çıxardığı hökmü təxirə salıb. İslamabad Ali Məhkəməsi qısa hökm elan edərək səlahiyyətlilərə İmran Xanı "zaminlik müqabilində"  azad etməyi tapşırıb",- məlumatda qeyd olunub.

 

Bu il avqustun əvvəlində İslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı Toşaxan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edib. Xan məhkəmənin hökmü çıxarıldıqdan qısa müddət sonra Lahordakı Zaman Parkdakı iqamətgahında həbs edilib. Pakistan Konstitusiyasına görə, hökmdən sonra sabiq baş nazir 5 il müddətinə istənilən dövlət vəzifəsini tutmaq hüququndan formal olaraq məhrum edilib.

 

Əzizə