QARABAĞ

21 Avqust

24 ailə Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşıb

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.

Fins.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Fuad Mədətov
Fins.az