QARABAĞ

12 İyul

Qarabağ Dirçəliş Fondu elan etdiyi tenderin qalibini açıqlayıb

Qarabağ Dirçəliş Fondu İSO 9001-2015 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartının tələblərinə uyğun audit və sertifikatlaşdırma üçün elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Tüv Austria Azərbaycan" MMC-dir.

Qalib şirkətə 4 248 manat ödəniləcək.

Fuad Mədətov
Fins.az