30 Oktyabr

Bakıda bankdan külli miqdarda pul oğurlanıb

Bakıda bankdan külli miqdarda pul oğurlanıb.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, “Ekspressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəmə terminalı sındırılaraq içərisindən 13 min manat pul oğurlanıb.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.