Sayt haqqında

Fins.az saytı 18 oktyabr 2013-cü ildə Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb.

Tədricən portal maliyyə sektorunun digər sahələrinin də əhatə edərək, banklar, kredit ittifaqları, lizinq şirkətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti haqqında xəbərlər və analitik materiallar yayıb. 2015-ci ildən isə Fins.az-ın əhatə dairəsi daha da genişlənib və portal maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrindəki yenilikləri də təqdim etməklə Azərbaycanda iqtisadi xəbərlərin əsas mənbəyinə çevrilib.

Hazırda portal multi-media xidmətlərindən aktiv istifadə edərək, sahibkarlarla böyük istehlakçı kütləsi arasında interaktiv əlaqə yaradır. Sahibkarlara maraqlı olan mövzu və məlumatları müxtəlif innovativ üsullarla təqdim etməklə Fins.az ölkə biznesi üçün faydalı məlumat platformasına çevrilib.

Fins.az qazandığı bu nailiyyətlərə görə 2016-cı ilidə biznes üçün faydalı məlumatlar platformasında "İlin Biznes Portalı" mükafatına layiq görülüb, eyni zamanda Fins.az "Milli İnternet Mükafatı 2016"nın qalibidir