MÜSAHİBƏ

09 Fevral

RABİTƏBANK MÜŞTƏRİLƏRİ 2025-Cİ İLDƏ 12 MİLYON MANATDAN ÇOX KEŞBEK QAZANIBLAR

Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib. İl ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb.

Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb.

İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek məbləği əhəmiyyətli göstərici ilə yadda qalıb. Fərdi nəticələrdə isə bəzi kart sahiblərinin illik qazancı rekord həddə çataraq proqramın effektivliyini real rəqəmlərlə təsdiqləməsi diqqət çəkib. 

Hazırda Kartmane istifadəçiləri 500-dən artıq partnyor mağaza və xidmət nöqtəsində edilən ödənişlərdən keşbek qazanmaq imkanına malikdirlər. Tərəfdaş şəbəkəsinin davamlı genişlənməsi isə istifadəçilərə daha çox seçim və daha çox qazanc imkanı yaradır.

“KARTMANE” NİN UNİKAL ÜSTÜNLÜYÜ: KATEQORİYA SEÇİMİ ETMƏDƏN QAZANC MODELİ

Kartmane kartlarını fərqləndirən əsas xüsusiyyət onun keşbek mexanizmindədir. Belə ki, kart sahibləri əlavə kateqoriya seçimi mərhələsi olmadan müxtəlif istiqamətlər üzrə edilən ödənişlərdən avtomatik keşbek qazanır.

Kartmane sahibləri kateqoriya seçimi etmədən, eyni anda 14 fərqli kateqoriyanın hər biri üzrə keşbek qazanırlar. Bu isə o deməkdir ki, yanacaq, market, restoran, əyləncə, xidmət və digər gündəlik xərclərin hamısı avtomatik olaraq qazanca çevrilir. Nəticədə müştərilər xərclərini planlaşdırmadan belə maksimum geri ödəniş əldə edir, kart istifadəsi isə daha rahat və sərfəli olur.

Linkdən Kartmane keşbek proqramı və tərəfdaş şəbəkəsi barədə daha ətraflı məlumat əldə etmək mümkündür. //rbt.az/3E6BTJR

Qeyd edək ki, Kartmane Debet, Kartmane Taksit/Kredit, Kartmane Visa Infinite, Kartmane Mastercard Black Edition və Kartmane Junior, KartmaneBiz, Kartmane Biznes Visa Platinum kartlarının hər biri fərqli ehtiyaclara uyğun üstünlüklərlə yanaşı, stabil keşbek qazancı təqdim edir.

Linkə keçid edərək, istəyinizə uyğun Kartmane kartı sifariş edə bilərsiniz. //rbt.az/krtmndbt

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.